Bakıda əxlaqsızlar bura toplaşır: polis hərəkətə keçdi

Bakıda əxlaqsızlar bura toplaşır: polis hərəkətə keçdi

Yüngül həyat tərzi keçirən qadınlar axşam saatlarından başlayaraq metronun “20 Yanvar” stansiyası yaxınlığında ictimai yerlərə toplaşırlar. Bu da insanlar arasında haqlı narazılığa səbəb olur.

Məsələ ilə bağlı AzerTimes-a danışan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru Anar Qafarov artıq adıçəkilən ərazidə insanların narazılığına səbəb olan xoşagəlməz hallarla bağlı araşdırmalara başlanıldığını bildirib.

“Əraziyə əlavə polis naryadları cəlb edilib. Qısa zamanda həmin ərazidə müşahidə olunan neqativ hallar aradan qaldırılacaq”, – inspektor deyib.

Teqlər: