Simonyan: Putin sanki robotdur, dedi ki…

Simonyan: Putin sanki robotdur, dedi ki…

Rusiyanın erməniəsilli jurnalisti Marqarita Simonyan Sankt-Peterburq İqtisadi Forumunda prezidentlərin panel müzakirələrinin maderatorluğunu edərkən apardığı müşahidələri bölüşüb.

AzerTimes xəbər verir ki, Simonyan Rusiya Prezidenti Vladimir Putin ilə Qazaxıstan lideri Qasım-Jomart Tokayevin yanında saatlarla vaxt keçirdiyini bildirib.

“Orada çox söhbətlər eşitdim. Bunların hamısını deyə bilmərəm, çünki aləm bir-birinə dəyər. Bu, Kremlin hərbi sirləridir. Putinin sağlamlığı ilə bağlı söhbətlərə də bu forumdan sonra son qoyuldu. O, gün ərzində onlarla rəsmi görüş keçirirdi. O, sanki robotdur, yorulmaq bilmir. Kefi də kök idi. Dedi ki, hər şey plan üzrə gedir…” – deyə o qeyd edib.

Teqlər: