Le Pendən misilsiz uğur: partiyadan gedir

Le Pendən misilsiz uğur: partiyadan gedir

Marin Le Pen Milli Birlik Partiyasının sədri vəzifəsindən getməyə qərar verib.

AzerTimes xəbər verir ki, siyasətçi bu barədə BFMTV telekanalına açıqlamasında deyib.

“Yenidən Milli Birliyə rəhbərlik etmək niyyətində deyiləm. Fransa Milli Assambleyasında fraksiyaya rəhbərlik edəcəyəm”, – Le Pen bildirib.

Qeyd edək ki, ötən gün Fransada baş tutan parlament seçkilərinin ikinci turunda Le Penin rəhbərlik etdiyi ultrasağçılar yüksək nəticə göstərib. Ekzit-pollun nəticəsinə görə, Milli Birlik əvvəlki seçkidən təxminən 10 dəfə çox – 95-ə qədər deputat yeri əldə edib.

Teqlər: