Bakıda bu evlərin kirayə haqqı bahalaşıb – QİYMƏTLƏR

Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti artıb.

Bu barədə AzerTimes-a “MBA Consulting Group” şirkətindən məlumat verilib.

Belə ki, aprel ayı ərzində fərdi yaşayış və bağ evlərinin kirayə
qiyməti 2,51 faiz bahalaşıb.

Bahalı evlərin kirayə qiyməti 2965 manat, orta evlərin kirayə
qiyməti 834 manat, ucuz evlərin kirayə qiyməti isə 299 manat təşkil
edib.

Fərdi yaşayış və bağ evlərinin kirayə haqqının bahalaşması yay
fəsli ilə bağlı bu evlərə olan tələbatın artması ilə
əlaqələndirilir.

Teqlər: