Şuşada “ASAN xidmət” mərkəzinin qurulması istiqamətində işlər gedir – Ülvi Mehdiyev

Şuşada “ASAN xidmət” mərkəzinin qurulması istiqamətində işlər
gedir.

Bunu Trend-ə özəl açıqlamasında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi
Mehdiyev deyib.

O qeyd edib ki, Qarabağda ciddi infrastruktur, yenidənqurma
prosesi həyata keçirilir və Şuşada “Asan xidmət” mərkəzinin
açılması nəzərdə tutulub.

“Digər bölgələrdə də əhalinin köçməsi üçün şərait yardıldıqdan
sonra bu məsələyə baxılacaq. Hazırda isə Salyan və Lənkəran
şəhərlərində “Asan xidmət” mərkəzinin tikintisi davam edir. Bu ilin
sonuna qədər onların istifadəsi nəzərdə tutulur”, – deyə Ü.Mehdiyev
qeyd edib.

Teqlər: