Bakıda Azərbaycan-Belarus sənədləri imzalanıb (FOTO)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 18-də
ölkəmizdə səfərdə olan Belarus Respublikasının Baş naziri Roman
Qolovçenko ilə görüşüb.

Nazirlər Kabinetindən AzerTimes-a bildirilib ki, görüşdə Azərbaycan
ilə Belarus arasında yüksək səviyyəli dialoqun mövcud olduğu
bildirildi, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət,
sənaye, kənd təsərrüfatı, nəqliyyat-tranzit və digər istiqamətlərdə
əlaqələrin inkişafından məmnunluq ifadə edildi.

Dövlət başçıları səviyyəsində şəxsi münasibətlərin
Azərbaycan-Belarus əlaqələrinin inkişafında mühüm amil kimi
dəyərləndirildi.

Koronavirus pandemiyasının neqativ təsirlərinə baxmayaraq
2021-ci ildə Azərbaycan-Belarus ticarət dövriyyəsinin artdığı
bildirildi.

Müvəffəqiyyətlə həyata keçirilən müştərək sənaye layihələrinin
əhəmiyyəti vurğulandı.

Qeyd edildi ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq yaxşı
dinamikaya malikdir. Bakıda keçirilən 15-ci Yubiley Azərbaycan
Beynəlxalq Kənd Təsərrüfatı sərgisinin əhəmiyyəti vurğulanaraq
Belarusun Baş nazirinin sərgi ilə şəxsən tanış olması yüksək
qiymətləndirildi.

Görüşdə, həmçinin iqtisadi, ticari, sənaye, enerji, kənd
təsərrüfatı, sərmayə qoyuluşu, turizm və digər sahələrdə ikitərəfli
əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə
olundu.

Görüşün sonunda baş nazirlərin iştirakı ilə Azərbaycan-Belarus
sənədləri imzalandı.

Teqlər: