Prezident İlham Əliyevin kraliça II Elizabetə Qarabağ atı hədiyə etməsi ilə bağlı İsveçrə mediasında məqalə dərc olunub

İsveçrənin securnews.ch internet saytında Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabetə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hədiyyəsi –
“Şöhrət” adlı Qarabağ atının təqdim olunması ilə bağlı məqalə dərc olunub.

AzerTimes-ın məlumatına görə,
məqalədə bildirilir ki, son zamanlar ictimaiyyətdə nadir hallarda
görünən 96 yaşlı Kraliça Vindzor qəsrində gözlənilmədən üzündə xoş
təbəssümlə xüsusi hədiyyə qəbul edib. Azərbaycan Respublikasının
Atçılıq Federasiyasının iştirak etdiyi və Kral ailəsi üzvlərinin
şərəfinə ənənəvi təşkil edilən Vindzor Kral Atçılıq Şousundan sonra
Kraliçaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Bununla yanaşı, Azərbaycanın tanınmış heykəltəraşı Faiq
Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz
atlarının heykəlləri də umumi hədiyyənin tərkib hissəsi olaraq
Kraliçaya təqdim edilib.

Daha sonra məqalədə Azərbaycandan olan iştirakçılar və onların
çıxışları ilə bağlı məlumat verilib.

Teqlər: