ABŞ Xəzərdə təhlükəsizliyi gücləndirmək üçün Azərbaycanla tərəfdaşlıqdan qürur duyur – ABŞ səfirliyi

Bu gün səfir Li Litzenberqer Müdafiə Departamentinin
Azərbaycanla təhlükəsizlik əməkdaşlığını müzakirə etmək üçün ABŞ-ın
Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin
nümayəndə heyətini qarşılayıb.

Trend xəbər
verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Twitter“
səhifəsində bildirilib.

“ABŞ səfirliyi Xəzər dənizində dəniz təhlükəsizliyini
gücləndirmək və sərhədlər boyunca narkotik alverçilərinə qarşı
tədbirlər görmək məqsədilə Azərbaycanın tərəfdaşı olmaqdan qürur
duyur”, – qeyd olunub.

Teqlər: