Bakıda ana və övladlarını öldürən müəllimin fotosu yayıldı

Xəbər - Fərid Zöhrabov -Trend:

Bakıda ana və övladlarını qətlə yetirən Əhəd Əliyev 2010-2015-ci
ildə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru, 2015-ci ildən
sonra Sabirabad şəhər N. Nərimanov adına 2 saylı Beynəlmiləl Təbiət
və Texniki təmayüllü məktəbdə dərs deyib.

Trend uzun illər
müəllim işləyən Əhəd Əliyevin fotosunu təqdim edir:

Qeyd edək ki, qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami
rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə
yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd
Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv
əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İlkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının
əri – Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin
evdən apardığı pulun bir hissəsi – 20 min manat da ondan dəlil kimi
aşkar edilərək götürülüb. O, polis əməkdaşları tərəfindən keçirilən
intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Teqlər: