Bakıda 4 ədəd əl qumbarası tapılıb (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər
rayonunun Şüvəlan qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat
daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə
dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan
təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə
müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə
baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 4
ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Teqlər: