Azərbaycanda qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi artıb

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 2
milyard 440,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq
dövrü ilə müqayisədə 9,5 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, neft-qaz sektoruna
yatırılmış investisiyaların həcmi 28,0 faiz azalıb, qeyri neft-qaz
sektoruna yönəldilən vəsaitin həcmi isə 10,1 faiz artıb.

İstifadə olunmuş vəsaitin 1 milyard 524,7 milyon manatı və ya
62,5 faizi məhsul istehsalı sahələrinə, 743,2 milyon manatı (30,4
faizi) xidmət sahələrinə, 172,8 milyon manatı (7,1 faizi) isə
yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 676,7 milyon
manatını və ya 68,7 faizini daxili vəsaitlər təşkil edib. Əsas
kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 688,2 milyon manatı və
ya 69,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə
yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və
təşkilatların vəsaitləri 61,8 faiz, büdcə vəsaitləri 24,6 faiz,
əhalinin şəxsi vəsaitləri 8,1 faiz, sair vəsaitlər 3,8 faiz, bank
kreditləri isə 1,7 faiz təşkil edib.

Teqlər: