ABŞ-nin Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirlərinin Bakıda görüşü keçirilib

ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirlərinin
Bakıda görüşü keçirilib.

AzerTimes-ın ABŞ-ın
Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsinə istinadən
məlumatına görə, səfirlər Litzenberger, Deqnan və Treysi, dövlət
katibinin köməkçisinin müavini Olson, Qafqaz danışıqları üzrə baş
müşaviri (SACN) Endryu Şofer və ABŞ-nin Avropa və Avrasiyaya yardım
üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden ABŞ-nin
Azərbaycandakı səfirliyinin ev sahibliyi etdiyi Missiya
Rəhbərlərinin regional toplantısında iştirak ediblər.

“İrəvan, Bakı və Tbilisi əvvəllər də bu kimi tədbirlərə ev
sahibliyi ediblər. Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir və
məlumat mübadiləsi aparmaq üçün toplaşıblar. Birləşmiş Ştatlar
Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin
qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı
gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit
və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi
vurğulayırıq”, – səfirliyin məlumatına deyilir.

Teqlər: