FHN: Ötən sutka 70 yanğına çıxış olub, 1 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən ötən sutka ərzində 70 yanğına çıxış və 1 halda köməksiz
vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata
keçirilib.

Fövqəladə Hallar Nazirliyindən
Trend
-ə verilən məlumata görə, görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1
nəfər xilas edilib.

Teqlər: