BAFTA mükafatı qaliblərinin adı açıqlanıb

BAFTA-nın (Britaniya Kino və Televiziya Sənəti Akademiyası)
növbəti laureatlarının adları açıqlanıb.

Trend xəbər verir ki, qaliblər Britaniya Film Mükafatlarının
75-ci yubiley mərasimində elan edilib.

Yeni Zelandiyalı dram rejissoru Ceyn Kempionun “The Power of the
Dog” filmi ən yaxşı film mükafatına layiq görülüb. C.Kempion ən
yaxşı rejissor mükafatını britaniyalı aktyor Benedikt Kamberbetçin
oynadığı eyni filmə görə qazanıb.

Aktyor Vill Smit ən yaxşı kişi roluna görə BAFTA mükafatına
layiq görülüb, 53 yaşlı sənətçiyə mükafat “Kral Riçard” filmində
tennisçilər Serena və Venus Uilyamsın atası rolunu qazandırıb. Bu,
V. Smitin karyerasında ilk BAFTA mükafatıdır.

Britaniyalı aktrisa Coanna Skanlan rejissor Alim Xanın “After
Love” filmində Meri Hüseyn roluna görə “Ən yaxşı qadın rolu”
mükafatını qazanıb.

Teqlər: