Almaniya kansleri Ukraynanı müzakirə etmək üçün Türkiyəyə yollanır

Bu gün Almaniya kansleri Olaf Şolts Türkiyəyə səfər edəcək.

AzerTimes-ın məlumatına görə, səfər zamanı Türkiəy-Almaniya
münasibətlərinin müxtəlif aspektləri müzakirə ediləcək.

Eyni zamanda, O.Şolts Türkiyədə ikitərəfli əməkdaşlığın daha da
inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparmağı,
Ukraynadakı vəziyyət və Türkiyə ilə Aİ arasında münasibətlərin
vəziyyəti vurğulanmaqla regional və beynəlxalq gündəliyin aktual
məsələlərinin müzakirəsini planlaşdırır.

Qeyd edək ki, bu, O.Şoltsun 2021-ci ilin dekabrında Almaniya
kansleri seçildikdən sonra Türkiyəyə ilk səfəri olacaq.