“Azercell”dən yeni iPhone 13 modelləri alana 50GB internet paketi hədiyyə

Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya
tərəfdaşı “Azercell Telekom” aprelin 1-dən etibarən tam yeni iPhone
cihazlarını sifariş etmək imkanını yaradır. iPhone SE, iPhone 13
Green, iPhone 13 mini Green, iPhone 13 Pro Alpine Green və iPhone
13 Pro Max Alpine Green kimi möhtəşəm və ən yeni iPhone modellərini
Azercell Eksklüziv mağazalarından əldə etmək mümkündür.

iPhone həvəskarlarını sevindirərək mobil operator Apple
istehsalı olan yeni nəsil cihazları ilə ölkənin ən yüksək
keyfiyyətli 4G şəbəkəsi vasitəsilə inanılmaz internet sürətini
yaşamaq fürsətini yaratmaqdan məmnundur. Aparıcı mobil operator
iPhone Green və iPhone SE modellərindən hər hansı birini əldə edən
müştərilərə 50GB həcmində internet paketinə 3 aylıq abunəlik təqdim
edir.

Qeyd olunan Apple smartfonlarını əldə etmək üçün müştərilərimiz
aprelin 1-dən etibarən istənilən Azercell Eksklüziv mağazasına
yaxınlaşa bilər.

Ən müasir texnologiyanı istifadəçi rahatlığı ilə bir araya
gətirən yeni iPhone modelləri “Super Retina XDR” displeyləri,
enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi
və sürətli enerji toplama sistemi ilə təchiz olunmuşdur.

Daha ətraflı məlumat üçün https://bit.ly/smartphones_az
saytına daxil ola bilərsiniz.