“Azercell Life” sosial şəbəkələrdə

Yeni vakansiyalar, mütəxəssislərin məsləhətləri,
təlimlər və hədiyyəli müsabiqələr haqda xəbərləri bu səhifədə
izləmək mümkündür

Yeni strategiyası çərçivəsində öz qarşısına “Azərbaycanın ən
arzu olunan iş yeri olmaq” məqsədini qoyan Azercell şirkəti
“Azercell Life” sosial şəbəkə hesabını təqdim edir. Xüsusilə iş
adamlarının və gənc nəslin nümayəndələrinin marağını cəlb edən bu
səhifələrdə Azercell-in gündəlik fəaliyyəti ilə daha yaxından tanış
olmaq, şirkətdə keçirilən tədbirlər və mövcud vakansiyalar haqqında
məlumat əldə etmək mümkündür.

Belə ki, 10.000-dən çox izləyicisi olan “Azercell Life” Facebook
və Instagram hesablarında şirkətin İnsan Kapitalının İdarə Edilməsi
departamentinin mütəxəssisləri tərəfindən tələbələr, ümumiyyətlə iş
axtarışında olan namizədlər üçün lazımi məlumatlar yerləşdirilir.
Burada iş müsahibələrinə hazırlıq, tərcümeyi-halın tərtibatına dair
bilgilər və bu kimi digər faydalı məlumatlar əldə etmək
mümkündür.

Azercell-in fəaliyyətinə dair dolğun məlumatlarla zəngin olan bu
səhifələrdə eyni zamanda, şirkətin öz əməkdaşları üçün keçirdiyi
tədbirlər, treninqlər və gənclər üçün nəzərdə tutulan xüsusi
proqramlarla tanış olmaq mümkündür. Bu, gənc mütəxəssislərin lider
mobil operatorun fəaliyyətini izləməklə onun təcrübəsindən
faydalanması üçün əvəzolunmaz fürsət yaradır.

“Azercell Life” sosial şəbəkə hesablarında Azercell
Akademiyasının fəaliyyəti və iş prinsipləri, tədris edilən təlim
proqramları da işıqlandırılır. Xatırladaq ki, 2003-cü ildən
fəaliyyət göstərən Akademiya Azərbaycanda müxtəlif sektor
təmsilçiləri üçün korporativ təlim və konsaltinq xidmətlərini
təklif edir. Bu günədək Azercell Akademiyası tərəfindən həm dövlət,
həm də özəl qurumların təmsilçiləri üçün yüzlərlə təlim sessiyaları
təşkil edilib.

Azercell əməkdaşları tərəfindən idarə edilən “Azercell Life”
sosial şəbəkə hesablarında izləyicilərin diqqətini cəlb edən
məsələlərə dair suallar operativ şəkildə cavablandırılır. Qeyd edək
ki, yaxın zamanda “Azercell Life” səhifələrində izləyicilər üçün
maraqlı və əyləncəli müsabiqələrə də start veriləcək.

Odur ki, Azercell-də baş verən yeniliklərdən xəbərdar olmaq və
dəyərli hədiyyələr qazanmaq üçün “Azercell Life” Instagram və
Facebook sosial şəbəkə hesablarını izləyin!

Instagram: https://www.instagram.com/azercell_life/

Facebook: https://www.facebook.com/AzercellLife