Rusiya Azərbaycandan pomidor tədarükü ilə bağlı bütün məhdudiyyətləri ləğv edib – Səfir

Rusiya Azərbaycandan pomidor tədarükü ilə bağlı bütün mövcud
məhdudiyyətləri ləğv edib.

Trend-in məlumatına görə, bunu Rusiyanın
Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında
deyib.

“Azərbaycanın bu məhsulu Rusiyaya maneəsiz daxil olur”, – səfir
deyib.

O qeyd edib ki, Rusiya İxrac Mərkəzi Azərbaycan məhsullarının
idxalının dəstəklənməsi üçün zəruri alətlərə malikdir.

Səfirin sözlərinə görə, 2021-ci ildə Azərbaycan Rusiyaya bir
milyard dollar məbləğində məhsul ixrac edib.

“2022-ci ilin ilk iki ayı ərzində Azərbaycanın Rusiyaya ixracı
ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq 123 milyon
dollar təşkil edib”, – M.Boçarnikov bildirib.

(Tərcümə: Orxan Nəbiyev)