Rusiya Azərbaycan məhsullarının xarici bazarlara tədarükü ilə bağlı layihələr təklif etməyə hazırdır – Səfir

Rusiya Azərbaycan məhsulların üçüncü ölkə bazarlarına tədarükü
ilə bağlı Azərbaycana layihələr təklif etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın
Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında
deyib.

“Ticari-iqtisadi əməkdaşlığın möhkəm təməli bizə mövcud
potensialı genişləndirməyə imkan verəcək”, – M.Boçarnikov
vurğulayıb.

Səfir qeyd edib ki, 2021-ci ilin yekunlarına əsasən,
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3,3 milyard dollar
təşkil edib ki, bu da pandemiyayaqədərki dövrlə müqayisədə
çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: