Azərbaycanla Özbəkistan arasında birbaşa aviareys açılır

Özbəkistanın “Fly Khiva Group” aviaşirkəti “Azərbaycan Hava
Yolları” (AZAL) QSC ilə birgə aprelin 2-dən etibarən iki ölkə
arasında birbaşa reysi işə salır.

Trend-in
məlumatına görə, Bakı-Daşkənd-Bakı marşrutu ilə uçuşları həftədə
bir dəfə, şənbə günləri həyata keçiriləcək.

Bakıdan saat 22:00-da havaya qalxan təyyarə, saat 01:25-də
Daşkənddə eniş edəcək. Əks istiqamətdə 02:45-də Daşkənddən yola
düşən reys saat 04:35-də Bakıya çatacaq.

Mayın 4-dən etibarən reyslərin həftədə iki dəfə (çərşənbə və
şənbə) həyata keçiriləcəyi gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: