Kapital Bank tələbələr üçün yeni layihə təqdim edib (FOTO)

Təhsil inkişafına və gənclərin karyera inkişafına böyük önəm
verən Kapital Bank ali məktəb tələbələri üçün yeni layihəyə
başladı. Bu dəfəki layihədə Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) və ADA-nın tələbələri iştirak edib, qalib
ola bilərlər.

Şərtlərə görə komanda şəklində yığılan tələbələr maraqlı
ideyalarını təqdim edib, qalib olmaq uğrunda mübarizə aparacaqlar.
Layihə çərçivəsində toplanan ideyalar daxili ekspert qrupu
tərəfindən dəyərləndiriləcək və hər birində maksimum 3 nəfər
olmaqla ümumilikdə 15 komanda növbəti mərhələyə adlayacaq.

Layihənin sonunda qalib gələn komanda xüsusi sertifikat və pul
mükafatı ilə təltif olunacaqlar, həmçinin ölkə üzrə ən çox sayda
əməkdaşı olan Kapital Bank-da təcrübə proqramı keçmək şansı
qazanacaq. 10 aprel 2022-ci il tarixinədək ideyalarını təqdim etmək
istəyənlər https://kbl.az/birideyamvar
saytında olan formanı dolduraraq, müraciət edə bilərlər. Layihə ilə
bağlı sualları [email protected]
mailinə ünvanlamaq olar.

Qeyd edək ki, Kapital Bank həm ADA, həm də UNEC ilə bir neçə il
əvvəl əməkdaşlıq memorandumu imzalayıb. Bu sənədə görə il ərzində
hər iki ali məktəbdə “Karyera günləri”, müxtəlif konfranslar,
təcrübə proqramlı və başqa tədbirlər təşkil olunur. Bundan başqa
gənclərin ideyalarını qiymətləndirmək üçün ötən ay PAŞA Holding ilə
birgə “PASHA HACKATHON” layihəsi keçirilib. Bu kimi layihələr
gənclərin karyera inkişafına müsbət töhfə verir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Teqlər: