Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 10 milyard dollara çatıb

2021-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 10
milyard ABŞ dolları səviyyəsinə çatıb.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq
naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iqtisadi əlaqələrdən danışarkən enerji sahəsi
mühüm əhəmiyyət kəsb edir: “Neft və qaz sahəsində iki ölkə arasında
yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Trans-Adriatik kəmərinin
istifadəyə verilməsi nəticəsində Azərbaycan qazının İtaliyaya
çatdırılması mümkün olub”, – deyə nazir bildirib.