Prezident İlham Əliyev: Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur

Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri
tərəfindən inşa olunur.


Trend
-in məlumatına görə, bunu Prezident İlham Əliyev İtaliya
Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici
Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən
deyib.

Dövlət başçısı bildirib: “Bu gün çox mühüm hadisə –
İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olacaqdır.
Yer artıq seçilib, hər şey hazırdır. Əminəm ki, bu, Azərbaycanda ən
yaxşı universitetlərdən biri olacaqdır və beş italyan universiteti
bu layihənin tərəfdaşı qismində çıxış edir. Həmçinin italyan
şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində
fəal iştirakı bizi sevindirir. Hazırda 3 şəhərdə İşğal və Zəfər
muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim
məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri
tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda işlər
gedir”.

Teqlər: