Azərbaycanla Həştərxan vilayəti arasında gəmi tikintisi üzrə birgə layihələr müzakirə olunub

Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan sənaye əməkdaşlığı
şəraitində Həştərxan gəmiqayıranları tərəfindən Azərbaycan üçün
sifarişlərin yerinə yetirilməsi perspektivlərini müzakirə edib.

AzerTimes-ın məlumatına görə, bunu vilayətin qubernatoru İqor
Babuşkin öz “Telegram” kanalında yazıb.

Qubernator bildirib ki, kiçikhəcmli quru yük gəmilərinin,
kimyəvi yük gəmilərinin, bərə və tankerlərin tikintisi üzrə birgə
layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilir.

İ.Babuşkin, həmçinin Ələt limanı ilə Həştərxan vilayətindəki
limanlar arasında yük daşımalarının artırılması üzrə işləri
fəallaşdırmağı təklif edib.

(Tərcümə: Orxan Nəbiyev)