Misirin Azərbaycandakı yeni səfiri Fəxri xiyabanı ziyarət edib (FOTO)

Misirin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Hişam Mohammed Naqi Abdel Hamid Fəxri xiyabanı ziyarət
edib.

Trend xəbər verir ki, səfir aprelin 26-da ümummilli lideri
Heydər Əliyevin abidəsi qarşısına güllər qoyub, həmçinin görkəmli
oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad
edib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan Prezidenti İlham Əliyev
Misirin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Hişam Mohammed Naqi Abdel Hamidin etimadnaməsini qəbul
edib.

Teqlər: