Azərbaycanın İtaliyaya qaz tədarükünü ikiqat artırmaq potensialı var – Sapienza Universitetinin tədqiqatçısı

Azərbaycanın İtaliyaya qaz tədarükünü ikiqat artırmaq potensialı
var.

Bu barədə aprelin 28-də Şuşada keçirilən “Cənubi Qafqaz: İnkişaf
və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçısı, İtaliyanın
Sapienza Universitetinin tədqiqatçısı Daniel Pomye Vinçelli
AzerTimes-ın müxbirinin
sualını cavablandırarkən deyib.

“İtaliya və Azərbaycan qaz tədarükünü artırmaq və iqtisadi
qarşılıqlı asılılığı gücləndirmək məqsədilə kommersiya əlaqələrini
yaxşılaşdırmaq üçün artıq uğurla əməkdaşlıq edirlər. İtaliya
Azərbaycan qazının əsas alıcısıdır. Həmçinin Rusiya qazından
asılılığın azaldılmasına ehtiyac var. Beləliklə, Azərbaycan
İtaliyaya və bütün Avropaya qaz idxalını artıra bilər. Prezident
İlham Əliyevin bu gün Bakıda keçirilən konfransda dediyi kimi,
İtaliyaya qaz tədarükünü iki dəfə artırmaq imkanı var ki, bu da 20
milyard kubmetrə yaxın təşkil edir”, – deyə tədqiqatçı
bildirib.

O qeyd edib ki, bu gün Prezident İlham Əliyev konfrans
iştirakçıları ilə görüşündə onların suallarını üç saat ərzində çox
dəqiq və aydın cavablandırdı ki, bu da çox təsir edicidir.

Vinçelli Şuşada işğal dövründə şəhərə vurulan ziyanın gördüyünü,
eyni zamanda Azərbaycanın həyata keçirdiyi bərpa proseslərindən
heyran qaldığını bildirib.

Teqlər: