Əfqanıstanda məsciddə partlayış baş verib, 50-dən çox insan həlak olub

Əfqanıstanın paytaxtı Kabil şəhər məscidində törədilən partlayış
baş verib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

Bildirilib ki, partlayış nəticəsində 50 nəfərdən çox insan
ölüb.

Əfqanıstan KİV-lərindən verilən məlumata əsasən, bu gün
Əfqanıstan paytaxtının Dar-ül-Aman küçəsi yaxınlığındakı Xəlifə
Sahib məscidində namazdan sonra partlayış baş verib.