Beynəlxalq Muğam Mərkəzində “Baharın gülüşü” adlı konsert keçirilib (FOTO/VİDEO)

Beynəlxalq Muğam Mərkəzində “Baharın gülüşü” adlı konsert
keçirilib.

Layihənin bədii rəhbəri və müəllifi Əməkdar Müəllim, Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Gülnarə
Adcalovadır. Həmin axşam məntiqlə qurulmuş dramaturgiya ilə zalda
tamaşaçılar qarşısında əsl tamaşa açıldı. Konsert proqramı müxtəlif
janrlara və tarixi dövrlərə aid musiqi nümunələrini özündə əks
etdirən geniş və rəngarəng repertuarı əhatə etmişdir.

Tarixi baxış prinsipinə əsaslanan xüsusi konsept sayəsində
konsert zamanı tamaşaçılar sanki zaman maşını kimi əsrdən əsrə
hərəkət edərək, 18-ci əsr klassiklərinin, 19-cu əsr romantiklərinin
qələmə aldığı musiqi əsərlərindən eləcə də müasirlərimiz,
Azərbaycan xalq mahnılarından həzz ala bildilər. Müxtəlif
xarakterli və müxtəlif janrlı musiqi üçün xüsusi atmosferin
yaradılmasında fərdi seçilmiş işıqlandırma, eləcə də hər bir musiqi
əsərini müşayiət edən vizual təsvirlər mühüm rol oynamışdır.

Həmin axşam səhnədə baş qəhrəman Azərbaycanın Əməkdar artisti,
solist olub Azərbaycan Dövlət Akademik Teatrı Opera və Balet
Teatrının və Azərbaycan Dövlət Xoru Kapellasının solisti Anton
Fershtandt idi. Vokalçının ifasında V. A. Motsartın “Fiqaronun
toyu” operasından Fiqaronun ariyası, P.İ. Çaykovskinin “Qaratoxmaq
qadın” operasından Tomskinin mahnısı, A.Darqomıjskinin romansları,
Q. Qarayevin “Üç caz pyesi” silsiləsi, həmçinin C.Kern, N.Brodski
və E.Preslinin mahnıları səsləndirildi. Bundan əlavə konsertdə
A.Ferştandt S.Prokofyevin “Boz paltar” romansını və Sviridovun
“Peterburq” silsiləsindən iki romansını – “Peterburq mahnısı”nı və
“Uzaqlardan gətirilmiş külək”i ifa etdi.

Qeyd edək ki, A.Ferştandt Azərbaycanda bu əsərləri repertuarına
daxil edən ilk ifaçıdır. Bir konsert proqramı çərçivəsində belə
rəngarəng repertuarla çıxış etmək asan məsələ deyil. Bununla belə,
A.Ferştandt hər bir musiqi nömrəsi üçün düzgün vokal və aktyorluq
rənglərini seçərək asanlıqla, parlaq və inandırıcı şəkildə bir
obrazdan digərinə keçid edə bilirdi.

Qeyd edək ki, sadalanan əsərlərin fortepiano hissəsini
respublika və beynəlxalq müsabiqələr laureatları Nərminə
İsmayılova, Cəmalə Abdinzadə, Zəhra Cahan Şıxəliyeva, Əzizə Ağazadə
və İlqar Əliyev ifa ediblər. Solo fortepiano əsərləri də konsert
proqramının mühüm hissəsinə çevrildi. Bakı Musiqi Akademiyasının
tələbələri, respublika və beynəlxalq müsabiqələrin laureatları
Nərminə İsmayılova, Cəmalə Abdinzadə və Zəhra Cahan Şıxəliyeva
A.Skryabin, Q.Qarayev və F.Bədəlbəylinin prelüdlərini ifa
etdilər.
Musiqili gecənin sonunda əməkdar artist, BMA-nın baş müəllimi Naala
Baratelianın dirijorluğu ilə beynəlxalq müsabiqələr laureatı
“Lumineux” vokal-xor ansamblının çıxışı ilə konsert proqramı daha
da zənginləşdirildi. Musiqiçilər “Basma basma tağları”, “Dağlarda
çiçək” Azərbaycan xalq mahnılarını, həmçinin İrvinq Berlinin “Blue
sky” kompozisiyasını ifa etdilər.
Onu da qeyd edək ki, tədbirin qonaqları arasında SSRİ xalq artisti,
BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, Yaradıcılıq
Mərkəzinin direktoru Maksud İbrahimbəyov, Anna İbrahimbəyova,
BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, Professor
Nərminə Quliyeva. Parlaq və həyəcanlı musiqili gecə minnətdar
tamaşaçıların gurultulu alqışları ilə başa çatıb.
Onu da qeyd edək ki, tədbirin qonaqları arasında SSRİ Xalq artisti,
BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, Maqsud İbrahimbəyov
adına Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova və
BMA-nın Tədris işləri üzrə
prorektoru, Əməkdar müəllim, Professor Nərminə Quliyeva yer
almışdır. Parlaq və rəngarəng musiqili gecə tamaşaçıların gurultulu
alqışları ilə başa çatdı.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az,
Azernews.az

Teqlər: