Azərbaycanın ən gözəl xanım və bəyi bu tarixdə məlum olacaq

“Miss & Mister Top Model Azerbaijan 2022” müsabiqəsinin rəsmi
final gecəsi May ayının 15-i saat 18:00-da baş tutacaq.

Final mərhələsində qalibiyyət uğrunda 13 bəy və 13 xanım
mübarizə aparacaq. Final gecəsində model bəy və xanımlar podiuma
milli arqumentlərin əks olunduğu Qarabağ geyimlərində
çıxacaqlar.

Final gecəsinin qonaqlarını maraqlı şou proqram, tanınmış
müğənnilərin ifaları və unudulmaz əyləncəli gecə gözləyir.

Rəsmi Final “The Orange Grove” – da (Ünvan: Nizami küç, 90 a.)
baş tutacaq.

Qeyd edək ki, layihənin rəhbəri Əli Rzayev, İnam Quliyev,
xoreoqraf və təşkilatçıları Luiza Matkazina və Nicat
Ələkbərlidir.

Teqlər: