Azərbaycan və Paraqvay arasında siyasi əməkdaşlıq müzakirə olunub (FOTO)

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Paraqvay Senatının
sədri Oskar Salomon, senatda Paraqvay-Azərbaycan dostluq qrupunun
rəhbəri Lukas Akino, xarici əlaqələr komissiyasının üzvləri və
Paraqvayın müxtəlif ticarət palatalarının rəhbərləri ilə görüş
keçirib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş
zamanı tərəflər ikitərəfli parlamentlərarası münasibətlərin
genişləndirilməsinin vacibliyini, ikitərəfli əməkdaşlığın
hərtərəfli inkişafının zəruriyyətini vurğulayıblar.

Həmin gün nazir müavini Elnur Məmmədov, həmçinin Paraqvayın
Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri və
Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Uolter Harmsla da
görüş keçirib.

Azərbaycan rəsmisi Paraqvayın ölkəmizin ərazi bütövlüyü və
suverenliyinə davamlı dəstəyinə, o cümlədən Paraqvay Parlamenti
tərəfindən Xocalı soyqırımın tanınmasına dair qəbul olunmuş
qətnaməyə görə təşəkkür edib.

Görüşdə, həmçinin Azərbaycan və Paraqvay arasında beynəlxalq
parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: