M1, M2 və M4 magistral avtomobil yollarında 8 yerdə keçidlər inşa edilir

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat
və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi
göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata
keçirilir.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, bu tədbirlər
çərçivəsində magistral avtomobil yollarının Bakı şəhərinə yaxın
ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin
təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin
inşası aparılır.

Sözügedən piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi
ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz
şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də
avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil
etməkdir.

Bu çərçivədə M1, M2 və M4 magistral avtomobil yollarında 8 yerdə
keçidlər inşa edilir:
1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil
yolunun 21,28 və 46-cı km-lik hissəsində;
2. Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun
25-ci km-lik hissəsində;
3. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18.5, 20, 21.5 və 25-ci
km-lik hissəsində.

İnşası aparılan və tikintisi nəzərdə tutulan yerüstü piyada
keçidləri yüngül konstruksiyalıdır. Tədbirlər planına uyğun olaraq
növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin
inşası nəzərdə tutulur.

Teqlər: