Azərbaycanın bölgələrində 4G istifadəçilərinin sayı 12 faiz artıb

2021-ci ildə Azərbaycanın bölgələrində 4G istifadəçilərinin sayı
12 faiz artıb.

Trend-in
məlumatına görə, bunu “Nar (Azerfon)” mobil operatorunun baş
direktoru Qunnar Panke “Nar”ın 15 illiyinə həsr olunmuş mətbuat
kofransında deyib.

Onun sözlərinə görə, Bakıda bu göstərici 33 faiz (840 mindən çox
abunəçi) artıb

Qeyd edək ki, “Nar”ın istifadəçilərinin sayı 2,2 milyon nəfərə
yaxındır.

(Tərcümə: Orxan Nəbiyev)