Azərbaycanın ABŞ-dakı səfiri Pensilvaniya ştatına səfər edib (FOTO)

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim ABŞ-ın
Pennslvania ştatında səfərdə olub.

Səfirlikdən AzerTimes-a bildirilib ki, səfər çərçivəsində ştatının
neft tarixi ilə zəngin Venanqo bölgəsində “Drake Well” muzeyini
ziyarət etmiş, muzeyin kuratoru Sui Bites muzeylə bağlı ətraflı
məlumat verib. Daha sonra səfir muzeyin qarşısında Azərbaycanla
bağlı təqdimat etmişdir. Təqdimat zamanı yerli icma nümayəndələri
ilə yanaşı Oil City şəhərinin meri Bill Mun, Titusvil şəhərinin
meri Con Krouç, Venanqo bölgəsinin komissarları Səm Briin və Mayk
Dulani, o cümlədən ABŞ Konqresmeni Qlen Tompsonun ofisinin
nümayəndələri iştirak ediblər.

Səfir təqdimat zamanı Azərbaycanla neftlə bağlı ortaq dəyərləri
bölüşən Pensilvaniyanın neftlə zəngin bölgəsinə gəlməkdən məmnunluq
duyduğunu ifadə etmiş və ölkəmizin neft tarixi və sənayesi
barəsində məlumat vermişdir. O, Azərbaycanda ilk neftin ABŞ-ın
Titusvil ərazisindəki Dreyk bölgəsində çıxarılan ilk neftdən tam 13
il əvvəl, 1846-cı ildə-cı ildə çıxarıldığını xüsusi qeyd etmişdir.
Çıxışı zamanı o, ölkəmizdə neft resurslarından iqtisadiyyatın
diversifikasiyası üçün istifadə olunduğunu, “qara qızılın insan
kapitalına çevrilməsinə ”xüsusi diqqət yetirildiyini bildirib.

Səfər çərçivəsində səfir oil City şəhərinin 60-dan çox ali
məktəb tələbəsinin iştirak etdiyi görüşə qatılmış, onların çoxsaylı
suallarını cavablandırıb.

Daha sonra Oil City şəhərində ABŞ-ın neft tarixində xüsusi
əhəmiyyət kəsb edən “Transit”və “Mellon Bank” binalarına baxış
keçirilmiş, yerli tariçilər onlar barəsində ətraflı məlumat
verib.

Səfər zamanı səfir mətbuat nümayəndələri üçün brifinq keçirmiş
və bununla bağlı ABŞ mətbuatında çoxsaylı məqalələr dərc
edilib.

Teqlər: