BMT-nin baş katibi Türkiyəyə Ukrayna ilə bağlı səyləri dəstəklədiyinə görə minnətdardır

BMT-nin baş katibi Antonio Quterreş Türkiyəyə Ukraynadakı
münaqişə ilə bağlı səylərini dəstəklədiyinə görə minnətdardır,
lakin hələlik planlaşdırılan razılaşmaların təfərrüatlarını
açıqlamaq niyyətində deyil.

Trend xəbər verir ki, bunu BMT-nin baş katibinin rəsmi
nümayəndəsi Stefan Cüjarrik brifinq zamanı deyib.

“Türkiyədən mesajlar, telefon danışıqları ilə bağlı məlumatları
görürük. Baş katib Qara dənizdəki vəziyyətlə bağlı göstərdiyi
dəstəyə, eləcə də bu istiqamətdə səylərini dəstəklədiyinə görə
Türkiyəyə son dərəcə minnətdardır”, – deyə rəsmi nümayəndə
bildirib.