Azərbaycandan Avropaya qaz nəqli iki dəfə artıb

2022-ci ilin yanvar-aprel aylarında Trans-Adriatik boru xətti
ilə (TAP) Azərbaycandan Avropaya 4 milyard kubmetr qaz nəql
edilib.

Trend bu barədə
Oksford Enerji Araşdırmaları İnstitutunun (OIES) hesabatına
istinadən məlumat verir. Ötən ilin eyni dövründə bu göstərici 2
milyard kubmetrə bərabər idi.

“Yanvar-aprel aylarında Avropaya boru xətti ilə qaz nəqli ötən
ilin eyni dövrü ilə müqayisədə azalıb. Bu, ilk növbədə, Rusiyadan
tədarükün azalması ilə əlaqədar baş verib. Norveç və Şimali
Afrikadan tədarük stabil qalıb, Azərbaycandan tədarük TAP-ın işə
salınması ilə əlaqədar artıb. 2019-2020-ci illərdə Azərbaycandan
qaz nəqli 0,2 milyard kubmetr təşkil edirdi. Bu il Rusiyadan qaz
idxalı ötən illə müqayisədə 30 faiz azalıb”, – hesabatda
deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: