Bərdədə övladına toy edən ailənin evi yandı (FOTO)

Aslan Məmmədli. Bərdə:

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

AzerTimes-ın yerli bürosu xəbər verir ki, hadisə əslən Laçın
rayonundan olan Elşən Musayevə məxsus fərdi yaşayış evində baş
verib. İkiotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Ev
sahibi Elşən Musayev iddia edir ki, onun mənzilini qəsdən
yandırıblar.

Musayevlər ailəsi hadisə ilə bağlı hüquq mühafizə orqanlarına
məlumat verib. Rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə
baxış keçirib. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları
tərəfindən araşdırılır.

Qeyd edək ki, hadisə Elşən Musayevin qızının toy məclisi zamanı
baş verib. Ailə toydan çıxıb evə qayıtdıqda mənzilin yandığını
görüb. Ailəyə xeyli miqdarda ziyan dəyib.

Teqlər: