Azərbaycan bu il fındıq ixracını artırmağı planlaşdırır

Azərbaycanın “Agrarco” şirkəti 2022-ci ildə fındıq ləpəsi
ixracını 10-15 faiz və ya təxminən 6 min ton artırmağı
planlaşdırır.

Trend-in
məlumatına görə, bunu şirkətin direktoru Cavid Kazımov deyib.

Onun sözlərinə görə, şirkət ötən mövsüm beş min tona yaxın
fındıq ləpəsi ixrac edib.

“Bizim məhsulumuzun əsas idxalçısı İtaliyanın “Ferrero”
şirkətidir. Ötən il onlar üç min tondan çox fındıq əldə edib. Bizim
məhsulumuzu, həmçinin Almaniya, Avstriya və Fransa idxal edir”, –
C.Kazımov deyib.

O, həmçinin qeyd edib ki, “Agrarco” şirkəti məhsul ixracını
əsasən dəniz və avtomobil nəqliyyatı ilə həyata keçirir.

“Pandemiya ilə əlaqədar biz tədarük zəncirində problemlərlə
üzləşdik. Ona görə də proqnozlaşdırırıq ki, bizim ixrac etdiyimiz
məhsulların qiyməti təxminən iki dəfə artacaq”, – deyə o
bildirib.

(Tərcümə: Orxan Nəbiyev)