Azərbaycanda Xüsusi müsadirə institutu yaradılır

Azərbaycanda Xüsusi müsadirə institutu yaradılır.

AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ Prezident İlham Əliyevin
tərəfindən təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət
Planı” üzrə Tədbirlər Planında əksini tapıb.

Tədbirlər planına əsasən, Xüsusi müsadirə institutunun
effektivliyinin təmin edilməsi məqsədilə ölkə ərazisində, yaxud
başqa dövlətin yurisdiksiyasında olan cinayət yolu ilə əldə olunmuş
əmlakın və ya müsadirə edilməli olan digər aktivlərin qaytarılması
(aşkar edilməsi, üzərinə həbs qoyulması, aktivlərin dondurulması və
sair) ilə bağlı səmərəli fəaliyyətin həyata keçirilməsi üçün
müvafiq təkliflər hazırlanması nəzərdə tutulur.

Teqlər: