Litva Rusiya səfirini ölkəni tərk etməyə çağırıb

Litva Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Vilnüsdəki səfiri
Aleksey İsakova ölkəni tərk etməyi tapşırıb.

Trend-in
məlumatına görə, bunu Litvanın xarici işlər naziri Qabrielyus
Landsbergis deyib.

O qeyd edib ki, Vilnüs, həmçinin Rusiyadakı nümayəndəliyin
səviyyəsini azaltmağı qərara alıb. Bununla əlaqədar Moskvadakı
səfir Eytvidas Bayarunas geri çağırıb.

Bundan başqa, Litvanın XİN rəhbəri bildirib ki, Rusiyanın
Klaypedadakı konsulluğu yaxın zamanlarda bağlanacaq.