Azərbaycanda son sutkada koronavirusa 10 yeni yoluxma olub, 3 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 695 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 936
nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə
sayı 49 nəfərdir.

Ölkədə son sutka ərzində 2 964, hazırkı dövrədək isə 6 865 181
test aparılıb.

Teqlər: