Azərbaycanda donor bankı yaradılıb – Komitə sədri

Azərbaycanda artıq donor bankı yaradılıb, ölkədə orqan və
transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq
olunub.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə
komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən
iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, transplantasiya ilə bağlı
mütəxəssislərin hazırlığına başlanılıb.

O qeyd edib ki, “İnsan orqan və toxumalarının donorluğu və
transplantasiyası haqqında” Qanun komitə tərəfindən hazırlanıb və
Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.

Komitə sədrinin sözlərinə görə, sənədin işləməsi üçün Nazirlər
Kabinetinin Sərəncamı var.

Teqlər: