Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı iddialar yalandır

Son günlər bəzi kütləvi informasiya vasitələrinin Azərbaycanda
referendumun keçiriləcəyi ilə bağlı yaydığı məlumatlar həqiqəti əks
etdirmir.

Bu barədə AzerTimes-a hökumətdəki mənbələrdən məlumat verilib.

“Ölkə Konstitusiyasına heç bir dəyişiklik nəzərdə tutulmur.
Hazırda hökumətdə belə bir plan yoxdur və bununla bağlı heç bir
müzakirə aparılmır. Bu cür məlumatların yayılması əsassızdır və
həqiqəti əks etdirmir. Ona görə də belə bir həssas dönəmdə kütləvi
informasiya vasitələrini ictimai rəyi çaşdırmamağa və yoxlanılmamış
məlumatların tirajlanmasına yol verməməyə çağırırıq”, – mənbə qeyd
edib.

Bildirilib ki, belə bir şayiənin yayılmasına əsas kimi götürülən
ölkədə seçici siyahılarının dəqiqləşdirilməsi qanunvericiliklə
nəzərdə tutulmuş və mütəmadi aparılan prosesdir.

Bu il seçici siyahılarının dəqiqləşdirilməsi həmçinin
koronavirus pandemiyası şəraitində, habelə Rusiya-Ukrayna
müharibəsi fonunda miqrasiya hallarının baş verməsi, Vətən
müharibəsi dövründə və ondan sonra daxili miqrasiya proseslərinin
təsirini öyrənməyə imkan yaradacaq.

Teqlər: