Azərbaycanda qeyri-neft sektoru üzrə sahibkarların gəlirləri artıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanın qeyri-neft sektoru üzrə gəlirləri 2021-ci ildə 17,8
faiz, sahibkarların bu sektorda gəlirləri isə 2,6 faiz artıb.

Trend-in
məlumatına görə, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur
Əliyev Avropa İttifaqı (Aİ) və Dünya Bankı ilə qrant sazişinin
imzalanması mərasimində deyib.

O bildirib ki, Azərbaycan Aİ üçün prioritet ölkələrdən biridir.
Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 2021-ci ildə 20,1
milyard dolları ötüb.

“Aİ Azərbaycanda ən iri investordur. Bundan başqa, Azərbaycanda
Avropadan 1,7 mindən çox şirkət işləyir. Dünya Bankı Azərbaycanda
dörd milyard dollar dəyərində 52 layihə reallaşdırıb”, – deyə o
bildirib.

(Tərcümə: Orxan Nəbiyev)