Azərbaycan dünyada genişzolaqlı internetə görə ucuz abunə ödənişləri siyahısında ilk 25-liyə daxildir

Azərbaycan genişzolaqlı internetə görə ucuz aylıq abunə
ödənişləri siyahısında dünya ölkələri arasında ilk 25-liyə
daxildir.

Trend-in
məlumatına görə, bu barədə Böyük Britaniyanın “cable.co.uk”
analitika saytının reytinqində deyilir.

Qeyd olunur ki, Azərbaycanda genişzolaqlı internetin ortalama
aylıq ödənişi 15 dollara (25,5 manat) bərabərdir. Bu göstəriciyə
görə Azərbaycan 220 ölkə arasında 22-ci yerdə qərarlaşıb.

Saytın məlumatlarına görə, MDB regionu genişzolaqlı internet
istifadəsinə görə ən ucuz regionlardan biridir.

Region ölkələri arasında Belarusda genişzolaqlı internetin orta
aylıq qiyməti 7,39 dollar (12,56 manat), Ukraynada 7,4 dollar
(12,58 manat), Rusiyada 8,07 dollara (13,72 manat), Tacikistanda
15,38 dollar (26,15 manat), Türkmənistanda 46,28 dollar (78,68
manat).

Qeyd edək ki, dünyada ən bahalı internet Burundidə (429,95
dollar, 730,9 manat), Syerra-Leonedə (316,69 dollar, 538,38 manat),
Bruneydə (258,42 dollar, 439,3 manat) qeydə alınıb.

Genişzolaqlı internetin ən ucuz orta aylıq qiymətləri isə
Suriyada (2,15 dollar, 3,65 manat), Sudanda (4,8 dollar, 8,16
manat), Belarusda (7,39 dollar, 12,56 manat) qeydə alınıb.

(Tərcümə: Orxan Nəbiyev)