Azərbaycanda fındıq istehsalı və emalı zavodunun açılması planlaşdırılır

Azərbaycanın “Agrarco” şirkəti fındıq istehsalı və emalı zavodu
açmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu şirkətin
direktoru Cavid Kazımov BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı
(FAO) ilə “Agrarco” şirkəti arasında əməkdaşlıq və fəaliyyətin
koordinasiyası barədə sazişin imzalanması mərasimində deyb.

Onun sözlərinə görə, zavodun istehsal gücü ildə 20 ton
olacaq.

“Bundan başqa, ildə yeddi ton fındıq təmizləmək gücündə olan
avadanlıq quraşdırmaq planlaşdırılır. Bu zavod beynəlxalq və müasir
standartlara uyğun olaraq, müasir texnologiyaların tətbiqi ilə
tikilir”, – deyə o bildirib

C.Kazımov əlavə edib ki, şirkət 600 hektar ərazidə fındıq, 370
hektar ərazidə meyvə yetişdirir.

“Həmçinin, beş min tona yaxın kənd təsərrüfatı məhsulunun
saxlanması üçün anbarlar mövcuddur”, – şirkət direktoru deyib.

(Tərcümə: Orxan Nəbiyev)