Uçquna görə bağlanan Lahıc yolu açılıb

İsmayıllı-Lahıc avtomobil yolunun uçqun nəticəsində bağlanan
hissə açılıb, avtomobillərin hərəkəti bərpa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat
xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, Agentliyin xüsusi
təyinatlı texnikaları və canlı qüvvəsi əraziyə cəlb edilib.

“Yolda hərəkət bərpa olunub, tökülmüş qaya parçaları təmizlənib.
Yalnız yolun kənarında bir qaya parçası qalıb. Onu götürmək üçün
xüsusi texnika çağırılıb. Gün ərzində həmin qaya parçası da
təmizlənəcək”, – qurum rəsmisi bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil
yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya
parçaları tökülərək yolu bağlamışdı.

Teqlər: