Azərbaycanda evə ehtiyacı olanların uçotu aparılacaq

Azərbaycanda şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində
uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı
dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra
hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan
şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının
ictimaiyyət üçün açıq şəkildə öz rəsmi internet səhifəsində dərc
edilməsi və aktuallığının daim təmin edilməsi planlaşdırılır.

Trend-in məlumatına görə bu, Prezident İlham
Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət
Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən vəzifənin icrası İqtisadiyyat
Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına, Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə
(ASAN xidmət) həvalə olunub.

Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun
aparılması qaydasının təsdiqi Vətəndaşların yaşayış sahəsinə
ehtiyacı olan qismində uçota alınması ilə bağlı dövlət
xidmətlərinin elektronlaşdırılması, yaşayış sahəsinə ehtiyacı olan
şəxslərin, təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət
üçün açıq şəkildə rəsmi internet saytında dərc edilməsi üçün zəruri
təşkilati tədbirlər görülməsi, vətəndaşların yaşayış sahəsinə
ehtiyacı olan qismində uçota alınması ilə bağlı elektron xidmət
göstərilməsi, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif
edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə
yerli icra hakimiyyəti orqanlarının rəsmi internet səhifələrində
dərc edilməsi nəzərdə tutulub.

Teqlər: