Azərbaycanda bu qurumlarda çalışanların maaşları artırılacaq

Azərbaycanda bəzi qurumlarda çalışanların maaşları
artırılacaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ Prezident İlham Əliyev tərəfindən
təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair
2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər
Planında əksini tapıb.

Tədbirlər planında dövlət orqanlarında (qurumlarında) çalışan
işçilərin, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının,
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin
işçilərinin, habelə hakimlərin sosial təminatının yaxşılaşdırılması
və korrupsiya hüquqpozmalarının qarşısının alınması fəaliyyətinin
gücləndirilməsi məqsədilə həmin şəxslərin əməkhaqlarının
mərhələlərlə artırılması üzrə tədbirlərin davam etdirilməsi,
bununla bağlı təkliflər hazırlanması nəzərdə tutulur.

Teqlər: