Azərbaycanda daha 12 nəfər koronavirusa yoluxub, 9 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
12 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 707 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 945
nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə
sayı 52 nəfərdir.

Ölkədə son sutka ərzində 2 228, hazırkı dövrədək isə 6 867 409
test aparılıb.

Teqlər: