Binəqədidə torpağa basdırılmış tüfəng aşkarlanıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin, Xidmətin Müalicə
müəssisəsinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyi Bakı
şəhər Binəqədi rayon Polis idarəsinin 6-cı Polis bölməsinin
əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri
nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun ərazisində torpağa
basdırılaraq gizlədilmiş lüləsi və qundağı kəsilmiş qoşa lüləli ov
tüfəngi aşkar edilərək götürülüb.

Bu barədə AzerTimes-a Xidmətdən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır

Teqlər: